İsrail ordusuna məxsus hərbi qırıcı təyyarələr Suriyanın Qolan təpəsi adlanan ərazisində Əsədin qüvvələri olan üç məntəqəni bombardıman edib.
ANS PRESS-in məlumatına görə, bu barədə yerli fəallar bildiriblər. Atılan raketlərdən bəzilərinin İsrail tərəfinə düşməsindən sonra İsrailə aid bir hərbi qırıcı təyyarə Kuneytra şəhəri yaxınlığında yerləşən 90-cı qvardiya ilə birlikdə üç məntəqəyə hücum təşkil edib.
"Qolanda İsrail tərəfinə düşən raketlərdən sonra həyəcan təbilləri səslənib. Daha sonra isə İsrail qırıcısı buradakı artilleriya briqadasını bombalayıb" – deyə fəalların yaydığı xəbərdə bildirilir.
