|
ABŞ-da Aleut adalarında 5,6 bal gücündə zəlzələ olub

ABŞ-ın Aleut adaları sahillərində Sakit okean sularında 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, Vahid Geofizika Xidmətinin yaydığı informasiyaya əsasən, yeraltı təkanların episentri Atka adlı yaşayış məntəqəsindən 52 km məsafədə qeydə alınıb.

Episentrdə zəlzələ "güclü" qiymətləndirilib.

Cia.az