|
Paytaxt yollarında sürət həddi azaldıldı

Bakıda bir neçə yolda sürət həddi azaldılıb. Bakı Nəqliyyat Agentliyindən Cia.az-a verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar iki əsas avtomagistralda - Heydər Əliyev prospekti-Hava limanı və Zığ Dairəsi-Hava Limanı yolunda hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/ saat endirilib.

Məqsəd, yolda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Cia.az