|
“Beşiktaş” yenidən zirvədə

Türkiyə Superliqasında 31-ci tura yekun vurulub. 
Qol.az-ın məlumatına görə, turun son oyunu Bursada keçirilib. “Bursaspor” “Beşiktaş”la üz-üzə gəlib. 
Son yarım saatda rəqibin müqavimətini qıran “Qara qartal” çempionluq yolunda mühüm qələbə qazanıb. 
Türkiyə Superliqası

31-ci tur

15 may 

“Bursaspor” - “Beşiktaş” 0:2
Qollar: 
Tosun, 65, Aboubakar, 90+5

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 68-ə çatdıran “Beşiktaş” yenidən turnir cədvəlində zirvəyə yüksəlib. Son 3 tur öncəsi “Qara qartal” ən yaxın izləyicisi “Başakşehir”i 2 xal qabaqlayır.

Cia.az