|
“Beşiktaş” “Terek”in hücumçusu ilə maraqlanır
 Rusiyanın “Terek” klubunun hücumçusu Ablay Mbenq “Beşiktaş”ın hədəfindədir. 

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu haqda seneqallı futbolçunun meneceri məlumat verib:

“Bəli, “Beşiktaş” Mbenqlə maraqlanır. Lakin yeganə müştəri İstanbul klubu deyil. Rusiya və Avropadan da təkliflər var”.

Qeyd edək ki, Mbenq cari mövsüm Rusiya Premyer Liqasında 20 oyunda 6 qol vurub
Cia.az