|
Bakıda yanğın - 58 ədəd soyuducu yandı

Ötən gecə Bakı şəhəri, Nərimanov rayonunda inzibati binanın həyətyanı sahəsində yanğın baş verib. 
Cia.az saytı Fövqəladə Hallar Nazirliyinə stinadən xəbər verir ki, hadisə nəticəsində 58 ədəd soyuducu və 6 p.m elektrik naqili yanıb. 
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 23:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Cia.az