|
Rus polisini qumbaraatanla vurdular

İnquşetiyada polislərə “Kalaşnikov” avtomatı və qumbaraatanlardan atəş açılıb.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk söyləyib. O, insident zamanı bir polisin yaralandığını bildirib:

“Hücum edənlərin şəxsiyyətini müəyyənləşdirmək olub. Onlardan biri 29 yaşlı Malqobek sakinidir”.

Cia.az