Bakıda ögey xalasını pula görə öldürən gəncə hökm oxunub.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və qətldə təqsirləndirilən Ramil Əbilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə 24 yaşlı Əbilova hökm oxunub. Hökmə əsasən R.Əbilov 20 il müddətinə azadlıqdan məhrum edilib.
Bildirək ki, dövlət ittihamçısı da çıxışında R.Əbilovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Hadisə ötən il iyul ayının 22-də Sumqayıt şəhərində baş verib.
Masallı rayon sakini R.Əbilov ögey xalası Gülyaz Musayevanın mənzilinə gələrək, onu xüsusi amansızlıqla öldürüb. Və evdə olan 800 manat pul və bir ədəd kompüter aparıb.
R.Əbilov Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 1-ci bölməsinin əməkdaşları tərəfindən həbs edilib.
Cia.az
