“Krasnodar”ın hücumçusu Fyodor Smolov karyerasını Türkiyədə davam etdirə bilər.
“Fənərbaxça” rus forvardın xidmətində maraqlıdır.
İstanbul təmsilçisi yayda heyətindəki hücumçulardan ikisini - Robin van Persi və Emanuel Emenikeni satmağı planlaşdırır. Onların əvəzinə komandaya 2 yeni forvard qoşulacaq ki, namizədlərdən biri də məhz Smolovdur.
Qeyd edək ki, Smolovun hazırkı klubu ilə hələ 2 illik müqaviləsi var.
Cia.az
