|
“Milan” Rodrigeslə razılığa gəldi
“Milan” növbəti mövsüm üçün transfer çalışmalarına start verib. 

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, İtaliya təmsilçisi “Volfsburq”un müdafiəçisi Rikardo Rodrigesi transfer edir. 

İsveçrəli futbolçunun keçidi ilə bağlı 2 klub arasında aparılan danışıqlar müsbət yekunlaşıb. Sol cinah müdafiəçisinin transferi “Milan”a 18 milyon avroya başa gələcək. 

Qeyd edək ki, “Milan” rəhbərliyi futbolçunun özü ilə şəxsi müqavilə detallarını razılaşdırıb
Cia.az