İsrailin uzun illərdir fəaliyyət göstərən "Mabat" proqramının bağlanma xəbərini efirdə səsləndirən aparıcı göz yaşlarını saxlaya bilməyib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Kanal 1"də yayımlanan verilişin birbaşa efirində xəbərləri səsləndirən aparıcı Geula Even sonda proqramın bağlanmasını öyrənib. Həmin məlumatı canlı efirdə tamaşaçılara çatdıran Eveni qəhər boğub.
O, öncə İsrail parlamentinin qərarını oxuyub, daha sonra vida çıxışı edib:
"Bu illər ərzində proqramda çalışan hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, onlardan hər biri öz peşəkar yolunu tapa bilər".
Qeyd edək ki, 49 ildir fəaliyyət göstərən verilişin qapanma qərarı bir müddətdir ki, müzakirə edilirdi.
Cia.az


