Türkiyədə iki ailə arasında baş verən davada 11 nəfər yaralanıb.
Hadisə Şırnak rayonunun Yeni Məhəllə səmtində baş verib. Məlumata əsasən, uşaqlar arasında baş verən mübahisəyə ailələr də qoşulub. Nəticədə mübahisə daşlı-sopalı davaya çevrilib.
Polisin müdaxiləsindən sonra dava səngiyib. Yaralılar xəstəxanaya çatdırılıb.
Cia.az
