|
Azərbaycan səfiri Rusiya XİN-də görüş keçirib

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bu gün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu qəbul edib.

"Report" Rusiya XİN-in rəsmi saytına istinadən xəbər verir ki, görüş Azərbaycan səfirinin xahişi ilə keçirilib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın aktual məsələləri müzakirə edilib.

Cia.az