Trampın gözlənilmədən vəzifəsindən azad etdiyi FTB-nin direktoru Ceyms Komi vida məktubu yazıb. O, məktubda bildirib ki, prezident FTB direktorunu səbəb və səbəbsiz yerə işdən azad edə bilər. Lakin o, qərarın nə üçün və nə səbəbdən verildiyinə görə vaxt sərf etməyəcəyini də bildirib.
“Bu, baş verib və mən yaxşı olacam” – Komi yazıb.
Məktubda o, Amerika xalqına da müraciət edərək Amerikanın burulğanın içində olduğu zamanda FTB-ni müstəqillik, düzgünlük və ləyaqətin qalası kimi görməli olduğunu qeyd edib.
Məktubda diqqətçəkən digər məqam Kominin Amerika xalqını və dəyərlərini qorumaq üçün yalnız düzgün işlər görən bir qrup əməkdaşdan ayrıldığı üçün üzüldüyünü söyləməsi olub. “Mən ümid edirəm ki, siz konstitusiyanı, Amerika xalqını qorumaq üçün dəyərlərimizi və missiyamızı qoruyacaqsınız. Əgər siz də belə etsəniz mənim kimi tərk etməli olduğunuz zaman üzüləcəksiniz, lakin Amerika xalqı təhlükəsiz olacaq” – Komi yazıb.
Cia.az
