|
UEFA "Yuventus" və "Monako"nu cəzalandırır

UEFA Çempionlar Liqasının yarımfinalında keçirilən "Yuventus" - "Monako" cavab matçı (2:1) ilə bağlı araşdırmalara başlayıb.

Buna meydan sahibi olan Turin klubunun stadionda enib-çıxışlar üçün nəzərdə tutulmuş pilləkanlarda boş yerlər saxlamamağı, "Monako" azarkeşlərinin isə məşəl yandırması səbəb olub. Bunlara görə hər iki klubun cəzalandırılacağı gözlənilir.
UEFA-nın baş verənlərlə bağlı yekun qərarını iyunun 20-i verəcəyi bildirilib.

Cia.az