|
Hacıqabulda avtomobil piyadanı vurub

Hacıqabulda yolu keçən 28 yaşlı qadını avtomobil vurub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün saat 8.30 radələrində Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Yolu keçən 28 yaşlı qadını “Opel” markalı avtomobil vurub. Nəticədə ağır bədən xəsarətləri alan yaralı Şirvan Mərkəzi Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Cia.az