|
Rusiyaya daha bir zərbə

Avropa Şurası Monitorinq Komitəsi Rusiyadanın xüsusi komissiyanı bağlı elan edib. 

ANS PRESS-in məlumatına görə, bu barədə Avropa Şurası Monitorinq Komitəsinin sədri Ştefan Şennax bildirib. 

Şennax AŞPA-ya Rusiya Federasiyasının nümayəndə heyətinin səlahiyyətləri haqqında məruzə təqdim edəcək.

Qeyd edək ki, Rusiyanın Avropa Şurası ilə münasibətləri 2014-cü ilin aprelindən sonra kəskinləşib. 

2014-cü ilin aprel ayında Rusiya nümayəndə heyətinin səsvermə hüququndan məhrum etmək qərarı iki tərəf arasında münasibətlərin pisləşməsinə təkan verib. AŞPA-nın bu qərarı Rusiyanın Krımı ilhaqından sonra verilib.