|
Koreya Respublikasının yeni prezidenti Trampın dəvətini qəbul edib

ABŞ prezidenti Donald Тramp Cənubi Koreyanın yeni prezidenti Mun Çje İni seçkilərdə qələbə münasibətilə təbrik edərək Koreya liderini Vaşinqtona səfərə dəvət edib.

Trend-in İnterfaksa istinadən verdiyi məlumata görə, bu haqda Ağ evin mətbuat xidməti xəbər verib.
Məlumata görə, Koreya Respublikasının yeni prezidenti Trampın dəvətini qəbul edib.

Cia.az