|
Murad Boz söz verdi - gənc intihardan döndü

Müğənni Murad Boz və atası Cəfər Boz maraqlı bir hadisənin qəhrəmanları olublar.

Cəfər Boz İstanbulda məkanlardan birində dostları ilə oturarkən yaxınlıqdakı binanın başına bir nəfərin çıxdığını və intihar etdiyini görüb.
O, dostları ilə birgə intihar etmək istəyən gənci bu addımdan vaz keçirməyə səy göstərib. İşsiz və borc içində olduğunu deyən A.E. adlı şəxs intihar cəhdindən əl çəkməyincə C.Boz oğluna zəng edərək ondan kömək istəməyib. 
Murad “Facetime” vasitəsilə vətəndaşla danışıb. Uzun söhbətdən sonra onun ev kirayəsi və digər borclarını ödəcəyinə söz verib. Bundan sonra A.E. binanın damından aşağı düşməyə razı olub.
Gənc Cəfər Bozla polisə gedərək ifadə verib, həkim nəzarətindən keçdikdən sonra evə buraxılıb. 

Cia.az