Bakıda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Yasamal rayonunda “VAZ” markalı minik avtomobil “Shacman” markalı yük maşını ilə toqquşub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1987-ci il təvəllüdlü Fərid Cavanşir oğlu Seyidovun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları da cəlb edilib. İlkin ehtimala görə, qəzaya səbəb VAZ-2107" markalı avtomobilin yüksək sürətlə idarə edilməsi olub.
Faktla bağlı araşdırma aparılır.
Cia.az
