|
Seda və Esradan gözlənilməz qərar

Evlilik proqramları ilə bağlı qanunun sərtləşdirilməsindən sonra müğənni Seda Sayan və aparıcı Esra Erol gözlənilməz qərar veriblər.

Cia.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ikili birlikdə yeni veriliş aparmaq fikrindədir.
Artıq yeni layihə üzərində işə başlayan cütlük tez-tez görüşüb bu məsələni müzakirə də edirlər. 
Qeyd edək ki, S.Sayan Show TV-də, E.Erol isə “ATV”-də  evlilik proqramlarına aparıcılıq edirlər.

Cia.az