|
Səudiyyə Ərəbistanında qadınlara səyahət etmək və təhsil almaq hüququ verildi

Səudiyyə Ərəbistanında qadın hüquqları sahəsində inqilabi qərar qəbul edilib.

Virtualaz.org xəbər verir ki, Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz əl-Səudun yeni fərmanına əsasən, qadınlar bundan sonra sərbəst şəkildə səyahət edə və təhsil ala bilərlər.

“Saudi Today” nəşri yazır ki, fərmana görə, qadınlara səyahət etmək və təhsil almaq üçün hamilərinin (həyat yoldaşı, ata və qardaş – red.) icazəsi tələb olunmayacaq. Onlar hətta dövlət orqanlarına şikayətlə müraciət də edə biləcəklər.

Bundan başqa, qadınlara bir sıra şirkətlərin nəqliyyat xidmətlərindən istifadəyə icazə verilib. Xatırladaq ki, Səudiyyə Ərəbistanında qadınların avtomobil idarə etməsi qadağandır.

 Cia.az