|
Klinton Makron üzərindən Kremlə atmaca atdı

Makronun qələbəsi demokratiyaya müdaxilə etmək istəyənlərin məğlubiyyətidir.

Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton paylaşıb.

“Makronun qələbəsi Fransa, Avropa Birliyi və sülh üçündür. Bu, demokratiyaya müdaxilə edənlərin məğlubiyyətidir”, - deyə o bildirib.

Qeyd edək ki, dünən Fransada keçirilən prezident seçkisinin ikinci turunda “İrəli” hərəkatının lideri Emmanuel Makron 66,06%, ultrasağçı Milli Cəbhə Partiyasının lideri Marin Le Pen isə 34,94% səs toplayıb.

Cia.az