|
Türkiyədə avtobus aşıb, bir nəfər ölüb, 38 nəfər yaralanıb

Türkiyənin Çorum əyalətində avtobusun qəzaya uğraması nəticəsində bir nəfər ölüb, 38 nəfər yaralanıb.

“Report” CNNTürk-ə istinadən xəbər verir ki, hadisə əyalətin Mecitözü rayonunun Elvan Çelebi yaşayış məntəqəsi yaxınlığında baş verib.

İnformasiyaya əsasən, avtobus Antalyadan Tokata doğru hərəkət edirmiş.

Hadisənin səbəbləri araşdırılır.

Cia.az