|
İran: “Səudiyyəni məhv edəcəyik – iki şəhərindən başqa”

Əgər Ər-Riyad bizə qarşı düşünmədən hərəkət etsə, o zaman İran Məkkə və Mədinədən başqa Səudiyyə Ərəbistanının bütün ərazisini məhv edəcək.

Bunu jurnalistlərə açıqlamasında İran Müdafiə naziri Hüseyn Dehqan söyləyib.

“Biz onlara ağıllı olmağı məsləhət görürük. Əgər Ər-Riyad bizə qarşı düşünmədən hərəkət etsə, o zaman İran Məkkə və Mədinədən başqa Səudiyyə Ərəbistanının bütün ərazisini məhv edəcək”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanının ikinci vəliəhdi Məhəmməd ben Salman İran ərazisində savaş başlatmaq iqtidarında olduqlarını bildirib.

Cia.az