Çinin Xunan vilayətində kömür mədənində qaz sızması nəticəsində 18 nəfər ölüb.
Yerli hakimiyyət orqanlarının yaydığı məlumatda deyilir ki, hadisə bazar günü saat 11:00 radələrində Yousian qəsəbəsi yaxınlığındakı mədəndə baş verib. Həmin vaxt mədəndə 55 fəhlə çalışırmış. Xilasedicilər 37 nəfəri sağ çıxararaq xəstəxanalara yerləşdiriblər.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Cia.az
