Əməkdər artist Sənubər İsgəndərli uzun müddətdir gündəmdən uzaqlaşmasının səbəbini açıqlayıb. 
Axşam.az-ın məlumatına görə, aktrisa "Xəzər maqazin"ə açıqlamasında deyib ki, yeni serial və filmlərə aldığı təkliflərdən imtina edir:
"Bir az kölgəyə çəkilmişəm. Əvəllər də verilişlərə, dəvətlərə çox getməyi sevmirdim. Yeni iş olsun ki, tamaşaçı qarşısına çıxıb nəsə deyim. Aktrisayam, işlərimin hesabatını verməliyəm. Dəfələrlə film, seriala dəvət olub. Özümü görmədiyim rollar var. Fikirləşirəm ki, bununla tamaşaçıya nə deyə bilərəm? Fərqi yoxdur, peşəkar və ya gənc rejissor olsun, əsas məni inandırsın.
Film təqdimatlarına az gedirəm. Yalan danışa bilmirəm. Deyirəm, birdən filmi bəyənmərəm açıq deyərəm. Pisləyərəm, rejissor sınar"
Cia.az