|
"Boşananda daha xoşbəxt olacağımı düşünmüşdüm"

"Bir Hülya Avşar söhbeti" proqramının dünənki qonağı model Çağla Şikel olub.
O, keçmiş əri və uşaqlarının atası Emre Altuğla boşanmasından danışıb:
"Emre çox yaxşı insandır. Onunla evləndiyim üçün peşman deyiləm. Həyatlarımıza ayrı davam etməyə qərar verdik. Boşananda daha xoşbəxt olacağımı düşünmüşdüm və tək davam etməyi seçdim. Problemlərimizin altından qalxa bilməyəcəyimizə qərar verdik. Əsla boşanmaq istəməzdim, amma belə qismətmiş. Bunun səhv bir qərar olduğunu düşünmədən yenə bərabər davam edirik. Açığı, ikinci dəfə ailə qurmaq niyyətim yoxdur".

Cia.az