Əfsanəvi Dieqo Maradona beş illik fasilədən sonra məşqçiliyə qayıdıb.
O, Birləşmiş Ərəb Əmirlikləri 2-ci liqasında yarışan “Fujairah Sports Club”un baş məşqçisi təyin edilib.
Klubdan verilən açıqlamada Maradona ilə 1 illik müqavilə imzalandığı bildirilib.
Xatırlladaq ki, Maradona son olaraq 2011-12 mövsümündə Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vasl” komandasını çalışdırmışdı.
Cia.az
