Fransada prezident seçkilərinin ikinci turunda 4.2 milyon seçici boş bülletenlərlə səs verib.
Bunu "Ipsos və Sopra Steria" şirkətlərinin məntəqələr bağlandıqdan sonra apardıqları sorğu göstərib.
Məlumata görə, seçki siyahısına 47.6 milyon ölkə vətəndaşının adı salınıb. Sosioloqların fikrincə, seçicilərin 8.9 faizi seçki qutularına boş bülletenlər atıblar. Bununla da onlar heç bir namizədi dəstəkləməyiblər.
Cia.az
