|
Fransada prezident seçkilərinin qalibi bəlli oldu
Fransada ikinci tur prezident seçkilərinin nəticələri açıqlanıb.
İlkin nəticələrə əsasən “En Marche” Hərakatının lideri Emmanuel Makron  65,9% səslə öndədir.  Onun rəqibi ,  “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen 34,1% səs toplayıb.
M. Le Pen Emmanuel Makronu seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib. 
Səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb.

Cia.az