|
Türkiyədə partiya sədri aclığa başlayıb

Türkiyədə müxalifətdə olan Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Demirtaş aclıq aksiyasına başlayacaq. Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, partiyadan millət vəkili seçilmiş Abdullah Zeydan da sədrlə birgə aclıq edəcək.

 

Hazırda həbsxanada olan hər iki siyasətçi hakimiyyət nümayəndələrinin onlarla dialoq başlamamasını əsas gətirərək etiraz aksiyası keçirmək niyyətində olduqlarını bəyan ediblər.