|
Ronaldo: “Neymar Mourinyonun yanına getməkdənsə...”

“Real”ın ulduz futbolçusu Kriştianu Ronaldo “Barselona”nın hücumçusu Neymara məsləhət verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı forvard həmkarının İngiltərəyə köçməsinin yanlış seçim olacağını düşünür.

O bildirib ki, Neymar hazırkı komandasında qalarsa, daha çox titul qazana bilər: “Onun üçün “Barselona”da pik səviyyəyə çatmaq Joze Mourinyo ilə çalışaraq çatmaqdan asan olar. Məncə, Neymar hazırkı klubunda bir az da səbr etməlidi. Messinin yaşı artdıqca təsir gücü də azalacaq. O zaman Neymar bu komandanın liderinə çevriləcək”

Qeyd edək ki, Neymar “Mançester Yunayted” və “Çelsi”nin maraq dairəsindədi.