|
Səriştəli direktor hərtərəfli şəxsiyyətlər yetişdirməyə münbit mühit yarada bilər

 

Azərbaycanın memarı H.Əliyev deyirdi ki, təhsildə aparılan islahatların əsas məqsədi Azərbaycan təhsilini dünyanın mütərəqqi ölkələrinin təhsil standartlarına uyğunlaşdırmaqdır.Dünyanın postindustrial bir sivilizasiyaya daxil olduğu dövrdə ölkəmizdə gedən məqsədyönlü təhsil islahatları dövlətin bir şox hallarda ictimai, siyasi, iqtisadi təhlükısizliyinin təminatçısı olan təhsilimizə öz töhfəsini verir. Hazırda təhsilin ,məktəbin vəzifələri sürətlə dəyişməkdədir. Bu gün məktəb cəmiyyətin sifariş etdiyi bir şəxsiyyət hazırlamağa xidmət etməlidir. Elə bir şəxsiyyət ki,daim informasiya mübadiləsi edir,özünə lazım olan informasiyanı seçə bilir, hadisələri təhlil edərək doğru nəticələr çıxarır və müstəqil qərarlar verir.Buna görə də bütün təhsil iyerarxiyasının aparıcı həlqəsi şagird olmalıdır.Bütün işlər şagird yetişdirməyə xidmət etməlidir. Təkmilləşmə və yeniliklər isə heç nədən baş vermir.Bunun üçün ehtiyatlı planlaşma və məqsədyönlü prioritetlər tələb olunur. Ümumilikdə Azərbaycan təhsilini təkmilləşdirmək üçün Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 oktyabr tarixində imzaladığı Azərbaycan Respublikası Təhsilin İnkişafı Üzrə Dövlət Strategiyası həyata keçirilir.
 Bəs yeni, müasir məktəb modelinin idarəçiləri necə olmalıdır və məktəbin strateji planını kim reallaşdırır?

Təbii ki, məktəb direktoru. Müasir direktor klassik idarəetmə anlayışından uzaqlaşmağı bacaran və məktəb icmasının dəstəklədiyi və bölüşdüyü təlim-tədris təsəvvürünün inkişafı,birləşdirilməsi,icra olunması və idarə olunmasına kömək etməklə bütün şagirdllərin uğurlu işini stimullaşdıran təhsil lideridir.O,həm də şagird təhsilinı və pedoqoji heyətin peşəkar inkişafına imkan yaradan olmalıdır.

Əgər XXI əsrin məktəb lideri öz kompentensiyalarını bilirsə və o,strategiyasının doğruluğuna əmindirsə,deməli,uğurlu məktəb modelini yarada biləcəkdir.Bütün komandanı sinerji etmək üçün isə pozitiv mühit yaratmaq vacib şərtlərdəndir.Bu iqlimdə isə düzgünlük,ədalət və etik bir tərzdə hərəkət etməklə bütün şagirdlərin proqresini stimullaşdırmaq mümkündür. Müasir məktəb həm də ictimaiyyətə açıq olmalıdır.Təməli elmi informasiya üzərində qurulan məktəb daxildə və xaricdə baş verənlərdən xəbərdar olmalı, ictimaiyyətin və dövlətin səylərini təhsilin inkişafı naminə birləşdirməyi bacarmalıdır. Məktəb direktoru ailələr və icma üzvləri ilə əməkdaşlıq etməklə müxtəlif icma maraqları və ehtiyaclarına cavab verməklə ,icma resurslarını mobilləşdirməklə təhsilalanların nailiyyətlərini önə çəkə bilər. Daim zəhmin idarəsilə çalışmağa,nizam-intizamlı olmağa alışmış pedoqoji kollektiv artıq məktəbə bir yaradlclıq məkanı kimi baxarsa müasir məktəb öz böyük məqsədinə doğru gedən yolda kiçik-kiçik məqsədlərə çatdıqda ruhlanacaq və stimul alacaqdır.Baş verən dəyişikliklərə maneə törətməmək,yeni fürsətləri dəyərləndirmək,arzu edilən dəyişikliyi,yeniliyi asanlaşdırmağa çalışmaq məktəbin yeni çağa hazırlamaqdır və bununla da məktəb vasitəsilə cəmiyyətimizi dəyişməyə nail olmaqdır. Hazırda beynəlxalq təhsil idarəetməsindən alınan vasitələrdən biri də bölüşdürülmüş liderlikdir. Belə ki, müəllimlər də ixtisasları üzrə alternativ qərar qəbul etmək təşəbbüsünə sahib olsalar ,demokratiyaya,insan hüquq və azdlıqlarına,hər cür düşüncəyə hörmət bəsləyən və bunları həyat tərzinə çevirən insanlar yetişdirmək asanlaşar.

 Səkinə Rzayeva