|
Neftçalada yanğın

Neftçala rayonunun Astanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb.

Cia.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti  alıb. Yaxınlıqdakı tikililər  yanğından mühafizə olunub. 

Bakının Sabunçu rayonunda isə vətəndaşa məxsus ümumi sahəsi 320 m2 olan  ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində  ümumi sahəsi 110 m2 olan ərzaq mağazasının yanar konstruksiyaları yanıb. Ev yanğından mühafizə olunub.