Ukraynada silah anbarında yanğın olub.
BakiPost.az yerli KİV-lərə istinadən xəbər verir ki, yanğın səbəbiylə Ukraynanın Baş naziri Vladimir Qroysman hadisə yerinə yollanıb.
Yanğına görə yaxınlıqdakı yaşayış məntəqələrindən 20 min nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Xarkov vilayətində yanan anbardan 40 km radiusda uçuşlar qadağan olunub.
Partlayışla müşahidə olunan yanğın nəticəsində xəsarət faktı qeydə alınmayıb.
Məlumata görə anbarda 138 min ton bomba saxlanılırmış.
