|
Naftalanda mağaza yandı

Naftalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan mağazanın tavanı 20 m2 sahədə yanıb. Cia.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.