|
ABŞ-ın desant gəmisi Qara dənizə daxil oldu

ABŞ-a məxsus “Carter Hall” desant gəmisi Qara dəniz akvatoriyasına daxil olub. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə,  bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin 6-cı donanmasının məlumatında bildirilir.    

Məlumata görə, gəmi ABŞ-Rumıniya ikitərəfli “Spring Storm 17” hərbi təlimlərdə iştirak edəcək. 

“Carter Hall”ın iştirakı ilə təlimlərin əsas mərhələsi Rumıniyanın Konstantsa şəhəri yaxınlığında keçiriləcək.