|
Axtarışda olan 27 nəfər tutulub

Azərbaycanda axtarışda olan şəxslər saxlanılıb.

Cia.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 17-də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 27 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.  

Hər bir faktla bağlı araşdırma aparılır.