|
“Bazarlar od tutub yanır”

Millət vəkili Fəzail Ağamalı hökumətin hesabatına münasibət bildirərkən ərzaq məhsullarının bahalaşmasına da toxunub.

Cia.az-ın məlumatına görə, deputat bazarların “od tutub yandığını” bildirib: “Ərzaq məhsullarının, xüsusilə də ətin qiyməti qalxır. Bununla bərabər, tikinti materiallarının qiyməti də durmadan artır. Qiymət artımının qarşısını almaq üçün möhtəkirlərə qarşı tədbirlər görülməlidir. Kiçik və orta sahibkarlığın inkişafı üçün yaşıl işıq yandırılmalıdır. Bu sahədə olan bürokratiyanı, əngəlləri aradan qaldırmaq üçün olduqca radikal addımların atılmasına ehtiyac var”.