Azərbaycanın Baş naziri Artur Rasizadə Milli Məclisin bu günki iclasında hesabat verib. Cia.az xəbər verir ki, Artur Rasizadə çıxışında Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevi cinayətkar adlandırıb.
“ÜDM 3 dəfə artıb. Qeyri-neft ixracı 3, 3 dəfə, orta aylıq əməkhaqqı 6,5 dəfə, qeyri-neft sektoru 5,6 dəfə artıb. Maliyyə-bank sektorundan baş verən proseslər tədiyyə balansında böyük kəsr yaradıb. Bir sıra bankların yaxşı işləməməsi, Beynəlxalq Bankın başçısının cinayətkar fəaliyyəti bank sektoruna ziyan vurub. Bunu nəzərə alan ölkə başçısı ölkənin bank sektorundakı vəziyyəti araşdırmaq üçün yeni bir qurumun, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasına qərar verib və bank sektorundakı vəziyyət araşdırılıb. Nəticədə ölkənin iqtisadi durumu sabitləşib”, - deyə baş nazir bildirib.
