Milli Məclisin deputatı Vahid Əhmədovun dələduzluqda təqsirləndirilən qardaşı oğlu Namiq Əhmədovun məhkəmə prosesi başa çatıb.
Cia.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə N.Əhmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq olunaraq, ona şərti cəza verilib və 2 il sınaq müddəti seçilib.
Qeyd edək ki, ittiham aktına görə, N.Əhmədov vətəndaşların 30 min manata yaxın pulunu alıb. O, verdiyi vədə əməl etməyib. Zərərçəkənlərin şikayəti əsasında N. Əhmədov həbs edilib.
