|
Neft terminalında partlayış

Meksikanın Salamanka şəhərində “Pemex” neft şirkətinin toplayıcı və paylaşdırıcı terminalında baş vermiş partlayış nəticəsində dörd nəfər ölüb.   

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış ötən gün baş verib.  “Pemex” şirkəti bundan əvvəl 8 nəfərin xəsarət aldığını bildirmişdi. 

İnsident nəticəsində yaralanan 4 fəhlənin vəziyyətinin ağır olduğu bildirir. 

Hadisənin başvermə səbəbləri araşdırılır.