|
Generalın cəzası 15 ilə endirildi

Azərbaycanda növbəti əfv verilib.

Azərbaycan prezidenti İlham Əliyev bu gün bu barədə sərəncam imzalayıb. Bu barədə Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev Strateq.az-a məlumat verib. Onun sözlərinə görə, siyahıda 423 nəfərin adı var. Ömürlük həbs cəzası almış 2 nəfərin cəza müddəti 15 ilə endirilib. Onlardan biri "Qara kəmər" əməliyyatı zamanı həbs edilmiş  DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi general Zakir Nəsirovdur. Siyahıda həmçinin "siyasi məhbus" adı ilə tanınan 7 nəfərin adı da var. 

REAL hərəkatının rəhbəri İlqar Məmmədovun və sabiq səhiyyə naziri Əli İnsanovun adı siyahıda yoxdur.