|
FED uçot dərəcəsini artırdı

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası keçirilib.

 

"APA-Economics"-in xəbərinə görə,  FED uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1% faizə qədər artırıb.

 

Qeyd edək ki, sonuncu dəfə FED uçot dərəcəsini ötən il artırıb. 2016-ci ilin dekabrın 14-də tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0,5-0,75%  artırılması barədə qərar qəbul edib. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.