Türkiyəli iş adamı Ömür Oralın Qərbi Azərbaycanlıları təhqir etməsi gündəmin əsas mövzularından olaraq qalır. Xatırladaq ki, Ömür Oral Qərbi Azərbaycanlılara erməni ittihamı irəli sürmüşdü. O, bununla ermənilərlə şərikliyinə haqq qazandırmağa çalışıb. Məlumat üçün deyək ki, Ömür Oral Azərbaycana yumurta idxal edən şirkətin direktorudur. Onun adı gündəmə azərbaycanlı iş adamı Mürvət Həsənliyə qarşı apardığı kampaniya ilə gəlib. Mürvət Həsənlinin türkiyəli iş adamının ittihamlarını cavablandırmaqla yanaşı onun ermənilərlə şərik olduğunu açıqlaması Ömür Oralın ona qarşı ittihamlarını daha da sərtləşdirib və beləliklə o, bütövlükdə Qərbi Azərbaycanlıları təhqir edib. Artıq həmin bölgədən olan tanınmış ictimai-siyasi şəxslər məsələyə münasibət bildirməyə başlayıb.
Qərbi Azərbaycandan olan, Cəmiyyət İnformasiya Agentliyinin (Cia.az) baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Prezident təqaüdçüsü Asəf Novruzov da məsələyə münasibətini açıqlayıb:
"Ömür Oralın bu ittihamı açıq-aşkar təhqirdir. O bu təhqirə görə üzr istəməlidir. Onun ermənilərlə şərikliyinə haqq qazandırmaq üçün bütöv bir bölgəni təhqir etməsi heç bir əxlaqa sığmır. Ən təəssüfedici hal isə odur ki, belə bir adamın müdafiəsini Aslan İsmayılov həyata keçirir. Aslan İsmayılov həmişə millətə xidmətdən, dövlətə sədaqətdən danışır. Bəs indi niyə Azərbaycan xalqının bir parçası olan, erməni deportasiyasına məruz qalan yüz minlərlə insanı təhqir edən bir şəxsin müdafiəsinə qalxıb. Niyə Azərbaycan xalqına nifrətini nümayiş etdirən, ermənilərlə şərik olan bir adamın müdafiəsindən imtina etmir? Yaxşı olardı ki, o, bu suallara cavab verəydi".
Asəf Novruzov bildirib ki, heç kim zəmanət verə bilməz ki, Ömür Oralın erməni şərikiylə birgə qazandığı pullardan Qarabağ məsələsinə qarşı düşmən tərəfdən istifadə olunmur: “Şəxsən mən Ömür Oralın son açıqlamalrından sonra bu barədə düşünməyə başlamışam. Fikrimcə, ictimaiyyət də bu nüansı diqqətdən kənarda qoymamalıdır.
Ömür Oralın Azərbaycandakı fəaliyyəti də ciddi araşdırılmalıdır”.
Baş redaktor türkiyəli iş adamının azərbaycanlı sahibkar Mürvət Həsənlini hədəfə almasını da təsadüfi saymır: “Mürvət Həsənli Azərbaycanın vətənpərvər iş adamlarından biridir. Sözün həqiqi mənasında Azərbaycana xidmət edir. Prezident İlham Əliyev sahibkarları Cocuq Mərcanlıya yatırım qoymağa dəvət edəndə onun səsinə ilk olaraq Mürvət Həsənli səs verdi. İşğldan azad edilmiş Cocuq Mərcanlının dirçəldirilməsində iştirak etməyə hazır olduğunu nümayiş etdirdi.
Belə bir vaxtda Ömür Oralın onu hədəfə alması təsadüfi sayıla bilməz. Özü də nəzərə almaq lazımdır ki, o ermənilərlə şərikdir” .
