|
Qaxda bədbəxt hadisə

Qaxda meşəyə çır-çırpı gətirmək üçün gedən kənd sakini dünən günorta saatlarında işini bitirib evinə dönərkən aşan arabanın altında qalaraq dünyasını dəyişib.

Qax rayon Qorağan kənd sakini 57 yaşlı Şahin Əliyev səhər saat 8 radələrində at arabası ilə birlikdə kənddən təqribən 3 km uzaqlıqda yerləşən meşəyə gedib.