|
Bakıda evdən 11880 manatlıq oğurluq edilib

Bakıda evdən ümumilikdə 11880 manatlıq oğurluq edilib. Hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, İ.Əhmədzadə küçəsi, ev 11 ünvanında yaşayan 1968-ci il təvəllüdlü Ədalət İsmayılovun evindən açar seçmə yolu ilə 450 avro, 1510 İngilis Funsterlinqi və 2130 ABŞ dolları oğurlanıb. Bundan əlavə evdən 4200 manat dəyərində olan qızıl-zinət əşyaları aparılıb. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. (“Report”)