Hollandiya bu gün seçkilərə gedir. Türkiyə ilə yaşanan böhranın damğa vurduğu seçkilərlə bağlı son anketdə həm Baş nazir Ruttenin partiyasının, həm də ifrat sağçı lider Vildersin partiyasının səsləri artıb. Bütün Avropa “Vətənpərvər baharı”nın öncülü olduğunu söyləyən irqçi namizəd Vildersin alacağı nəticəyə kilidləndi.
Bazar ertəsi günü nəşr olunan bir anketə görə Ruttenin lideri olduğu VVD partiyası 150 yerlik parlamentdə 27 kürsüyə sahib olacaq. Bu da partiyanın səslərin 18%-ni alacağını göstərir. Türkiyə ilə bağlı baş verən qalmaqaldan sonrakı anket isə Ruttenin partiyasının məclisdə 3 yer artıq alacağını föstərir. Anketə görə ikinci sırada müsəlman əleyhdarı, irqçi fikirləriylə müzakirələrin mərkəzində duran Geert Vildersin Azadlıq Partiyası iştirak edir. Seçki nəticələri bu şəkildə çıxarsa, Vildersin partiyası səslərin yüzdə 16%-ni yığaraq məclisdə 24 kürsü sahibi olacaq.
Azadlıq Partiyası onun liderliyində 2006-cı il seçkilərində əldə etdiyi 9 yeri, 2010-ci ildə 24 yerə çıxarmışdı. Bazar günləri yalnız internet saytlarından nəşr edən Hollandiya qəzetləri Türkiyə ilə Hollandiya arasında yaşanan böhranın seçki ərəfəsində Baş nazir Mark Rutteyə yaradığını yazıb.
Hollandiyadakı “müsəlman sayını məhdud saxlmaq”vədi ilə partiya quran Vilders Quranı yasaqlayacağını, məscid və qaçqın mərkəzlərini qapayacağını, Hollandiyanı Avropa Birliyindən çıxaracağını söyləyir. Yaxın zamana qədər Vildersin partiyası anketlərdə öndə idi. Vildersin irqçi ifadələri səbəbiylə önə çıxdığını görən başqa partiyalar də populist ritorikanı artıraraq, onun partiyasından səs oğurlamağa çalışır.
Hollandiyanın baş naziri Ruttenin Liberal Partiyasının son həftələrdə anketlərdə birinciliyə yüksəlməsi də bu populist tonuna bağlanır. Rutte qəzetlərə “qaydalara uyğun gəlmirsə, ölkəni tərk et” deyə elan vermiş, Türkiyənin referendumla bağlı mitinqlərinə yasaq qoymuşdu.
Hollandiyada 12,9 milyon seçici var. Ölkədə çoxu Türk və ya morokkolu olmaqla, 840 min- 960 min arasında müsəlman əhalinin yaşadığı təxmin edilir. Koalisiyalara uyğun seçki sisteminə görə ümumi səslərin 0,67%-ni alan bir partiya, bir millət vəkili çıxara bilir. Vildersin partiyası birinci olarsa, digərləri partiya ilə əməkdaşlıq etməyəcəyini söylədiyindən, onun hökumət qurma ehtimalı azdır. Rutte birinci olarsa, yeni bir koalisiya qurması lazım olacaq. Hökuməti qurmaq üçün 150 nəfərlik parlamentdə 76 millət vəkili ilə təmsil olunmaq lazımdır.
