Bu gün Xırdalan şəhərində dəhşətli hadisə baş verib. Abşeron rayon Polis Şöbəsindən Lent.az-a bildirilib ki, Xırdalan şəhərində kirayə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb. Onların hamısı tələbədir.
Abşeron rayon Polis İdarəsinin rəisi və prokuror da daxil olmaqla hüquq-mühafizə orqanlarının əməkdaşları yerindədir.
***
Ölənlərdən ikisi Bakı Humanitar Kollecinin tələbəsidir.
Mələk Abbasova və Turanə Xalıyeva adlı qızlar 2ci kursda təhsil alırmışlar. Mələyin 17 yaşı olub. Digər ölənlərin isə tələbələrin qohumları olduğu deyilir.
***
Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Ruxsarə Əliyeva jurnalistlərə açıqlamasında bildirib ki, ölən tələbələr günorta növbəsində oxuyublar.
***
Faciədə ölən digər şəxslərin də kimliyi bəlli olub. Lent.az-ın xəbərinə görə, bunlar Nübar Musayeva və Lamiyə Xanlayevadır. Hadisənin ilkin təfərrüatı da məlum olub. Belə ki, tələbələrdən Turanə Xanlayevanın anası ötən gün bacısı Lamiyə Xanlayevanı Bakıya həkimə gətiribmiş. Gecəni isə qızı ilə Xırdalanda keçirmək istəyib
***



